x
Loading...

Yük maşını minik avtomobili ilə toqquşub, ağır xəsarət alan var

Yük maşını minik avtomobili ilə toqquşub, ağır xəsarət alan var
23:22 4 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucar rayonunda yük və minik maşınlarının toqquşması nəticəsində 1 nəfər ağır xəsarət alıb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Ucar-Zərdab yolunun 2-ci km-də, rayonun Qarabörk kəndi ərazisində qeydə alınıb.

Ucar istiqamətində hərəkət edən, rayonun Yuxarı Şilyan kənd sakini, 1963-cü il təvəllüdlü Nizami Maləddin oğlu Rəsulovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili qarşı tərəfdən gələn "Kamaz"la toqquşub. Qəza nəticəsində sürücü N.Rəsulov ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/551189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR