"Maksimum 2-3 transfer edəcəyik"

"Maksimum 2-3 transfer edəcəyik"
02:32 5 İyun 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"la müqaviləsini 2 il müddətinə uzadan Arsen Venqer klubun yay fasiləsində transfer siyasəti barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis bunları deyib:

"Bu yay maksimum 2-3 transfer edəcəyik. Qeyri-məhdud resurslara malik klublar kimi böyük həcmdə pullar xərcləyə bilmərik. Gəlin, unutmayaq ki, xərclənən pullar nəticə qazanmaq üçün kifayət etmir. Səs-küylü transferlər? Bu ifadə altında nəyin nəzərdə tutulmasına bağlıdır. Rob Holdinq, sizcə, səs-küylü transferdir? 40 milyon funta futbolçu alanda hamı bunu bəyənir. Məgər 2 milyon funt sərf edilən futbolçu kifayət qədər yaxşı ola bilməz?"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/551202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR