DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığmasını qəbul edəcək millimiz oyuna itki ilə çıxa bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, komandamızın aparıcı üzvlərindən olan Dmitri Nazarov zədədən əziyyət çəkir.

Bu barədə əməkdaşımızla söhbətində yığmanın baş məşqçisi Robert Prosineçki məlumat verib. O bildirib ki, Almaniyanın "Aue" klubunda çıxış edən Nazarov millinin Avstriya toplanışının son günlərində xəsarət alıb.

Bakıya qayıtdıqdan sonra 1 günlük istirahətə buraxılan yığmamız bu gündən məşqlərini bərpa edəcək. Nazarovun durumuna da gün ərzində aydınlıq gələcək. Belə ki, 27 yaşlı yarımmüdafiəçi MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçəcək. Məhz bundan sonra onun zədəsinin nə dərəcədə ciddi olduğu bilinəcək.

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində