7 körpənin öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

7 körpənin öldürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
12:22 5 İyun 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Yeni doğulmuş körpələrin basdırılmasını Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinin əməkdaşları edir.

Milli.Az xəbər verir ki, bunu teleqraf.com-a açıqlamasında Respublika Klinik Xəstəxanasının baş həkim müavini Mahir Babayev deyib.

Onun sözlərinə görə, körpəsinin ondan xəbərsiz dəfn edildiyini söyləyən Günay Axundova ağır xəstə olub: "Doğuş zamanı ananı reanimasiyaya yerləşdirdik. Cəhdlərimiz nəticə verdi, onu xilas edə bildik. Qadın reanimasiyada olanda uşaq ölmüşdü. Əmr var ki, uşaq öləndən sonra cəsədi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə təhvil verilsin. Bizim əməkdaşlar körpəni təhvil verib. Buna ananın da razılığı olub.

Uşaqların basdırılması məsələsini isə Analitik Ekspertiza Mərkəzinin əməkdaşları edir. Bütün məsələlərə aydınlıq gətirilib. Anada böyrək xəstəliyi, qan azlığı və sair problemlər vardı. Biz onu xilas etmək üçün əlmizdən gələni etmişik. Ana özü bizə təşəkkür edib ki, məni ölümdən qurtarmısız".

Qeyd edək ki, 37 yaşlı Günay Axundova axar.az-a 2016-cı il aprelin 6-da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında qeysəriyyə yolu ilə doğuş etdiyini bildirib. Ana körpəsinin öldüyünü, cəsədin ondan xəbərsiz başqa 6 körpənin cəsədi ilə Hövsan qəsəbəsində kimsəsizlər qəbiristanlığında basdırıldığını iddia edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/551342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR