Mədət Quliyev Musiqili Teatrda olub

Mədət Quliyev Musiqili Teatrda olub
15:02 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Musiqili Teatrda olub.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Mədət Quliyev DTX əməkdaşları ilə birlikdə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” tamaşasını izləyib.
Tamaşanı izləyənlər arasında Amerika Birləşmiş Ştatlarından Azərbaycana gələn qonaqlar da olub. “999-cu gecə” böyüklər üçün nağıl-tamaşası bütün izləyicilər tərəfindən böyük maraq və çoşqu ilə qarşılanıb. Sonda DTX rəisi general-leytnant Mədət Quliyev teatrın direktoru, əməkdar incəsənət xadimi  Əliqismət Lalayevə minnətdarlıq edib. “Çox gözəl bir tamaşa idi. Həm rejissor işi, həm aktyor oyunu çox yüksək səviyyədə idi. Təbii ki, musiqini xüsusi qeyd etmək istərdim. Tamaşada istifadə olunan geyimlər çox zövqlə seçilib. Ümumiyyətlə, teatrınızdakı şərait, ab-hava çox ürəkaçandı. Musiqili Teatrın bütün kollektivinə bu gözəl gecəyə görə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, tamaşada rolları aktyorlar Məhərrəm Qurbanov, Səməd Xasıyev, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlililər, Fərid Rzayev və Elməddin Dadaşov ifa ediblər.
Tamaşanın quruluşçu-rejissoru Prezident mükafatçısı İradə Gözəlova, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu-baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.





Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/medet-quliyev-musiqili-teatrda-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR