Azərbaycanlı FIFA referisi Ömər Paşayev ilk təyinatını alıb. Fanat.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, 21 yaşadək futbolçulardan ibarət komandaların oyununu idarə edəcək.
Belə ki, Paşayev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 7-də Minskdə baş tutacaq Belarus - San Marino qarşılaşmasında ədalət təmsilçisi olacaq.
Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Qarşılaşmada 4-cü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.
Fanat.Az