x
Loading...
.

"Qətərin təcrid olunması böyük müharibəyə gətirib çıxara bilər"

"Qətərin təcrid olunması böyük müharibəyə gətirib çıxara bilər"
18:17 6 İyun 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

"Qətərin diplomatik təcrid olunması yeni böyük müharibənin başlanğıcı ola bilər."

Milli.Az report-a istinadən xəbər verir ki, bu fikri Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun Fars körfəzi ölkələri və enerji məsələləri ilə əlaqədar siyasət proqramının direktoru Saymon Henderson yazıb.

"Ərəb ölkələri çoxdandır İranla müharibə etmək istəyirdi. Qətərlə bağlı vəziyyət bəlkə də onlar üçün bəhanə olacaq və bu fürsətdən istifadə edəcəklər", - S.Henderson deyib.

Müəllifin fikrincə, bu gün dünya ola bilsin, 1914-cü ildə Sarayevoda Birinci Dünya müharibəsinin başlanması üçün formal səbəb kimi göstərilən Avstriya hersoqu Frants Ferdinandın öldürülməsi ilə müqayisə oluna biləcək tarixi anın astanasındadır.

"Bir sıra ərəb ölkələri Dohanı terrorçulara dəstək verməkdə ittiham edərək əmirliklə diplomatik əlaqələrini kəsib. Bundan əlavə, Ər-Riyad Qətərin "Qatar Airways" aviaşirkətinin uçuşlarına qadağa qoyub, bu ölkə ilə quru sərhədi və Qətər gəmiləri üçün limanlarını bağlayıb. Məlumata görə, Tehran artıq Qətərə yardımını təklif edib və üç limanını onlara verə biləcəyini açıqlayıb. Bu jesti Ər-Riyad və Əbu-Dabi çox güman, Doha və Tehranın "xain" əlaqələrinin təsdiqi kimi qəbul edəcəklər", - ekspert bildirib.

Bu məsələdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin əsas məqsədi İran yox, uzun müddətdir Tehranla münasibətlərdə Körfəzin ərəb ölkələrinin mövqeyindən uzaqlaşan Qətərdir.
Ekspert hesab edir ki, bu potensial partlama təhlükəli vəziyyəti yoluna qoymaqda Vaşinqton mühüm rol oynaya bilər və ABŞ-ın dövlət katibi Reks Tillerson hazırda üstün vəziyyətdədir: "O, bu vəzifəyə gələnə qədər Qətərin enerji sektorunda əsas xarici oyunçu olan "ExxonMobil" şirkətinə rəhbərlik edib".

"Vaşinqton cəld hərəkət etməli və müharibəyə doğru yürüşü dayandırmalıdır. Daha müharibənin başlamasını gözləmək lazım deyil", - S.Henderson yazıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR