Bu yaxınlarda evinin eyvanında görüntülənən aktrisa Dəniz Çakır şəkillərini çəkən fotoqrafı məhkəməyə verir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, eyvanda aktyor Ekrem Yüceltenlə söhbət edərkən şəkilləri çəkilən aktrisa fotolarının aşağı mərtəbədəki restoranın adıyla birlikdə yayılmasına əsəbləşib. Dəniz bununla evinin asanlıqla tapıla biləcəyindən narahatdır. Aktrisa səbəbkardan təzminat tələb edib.

Xatırladaq ki, aktrisa Nurgül Yeşilçay da eyvanda çəkilmiş fotolarının yayılmasından sonra evini dəyişməli olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində