Yayda dəriyə necə qulluq etməliyik?

Havaların isinməyə başlaması ilə makiyaj və gözəllik məsələlərində də dəyişikliklər meydana gəlir.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, yayın isti günlərində ağır makiyajdan qaçın. Tonal krem, pudra kimi ağır makiyaj məhsulları xüsusilə, gündüz makiyajında istifadə edilməməlidir. Bütün makiyaj vasitələrindən istifadə etmək əvəzinə, diqqət çəkmək istədiyiniz bölgələrə ya da sadəcə dərinizin problemli hissələrinə tətbiq edin. Göz makiyajına ağırlıq verib sızanaqlarınızın üstünü örtə bilərsiniz. Üzünüzdəki problemli hissələri örtmək üçün xəfif və maye halında olan qapadıcılardan istifadə edin. Üzdəki parlaqlığın qarşısını almaq üçün pudra istifadə edin. Bunlarla yanaşı çoxlu su için. Bu dərinizin sağlamlığı üçün çox vacibdir.

Həftədə bir ya iki dəfə dəriyə mütləq qulluq etməlisiniz. Bunun üçün bahalı qulluq vasitələrinə ehtiyac yoxdur. Mətbəxinizdəki təbii məhsullar köməyinizə çata bilər.

İsti havalarda dərinin nəmə ehtiyacı olduğu üçün nəmləndirici istifadə etməyi unutmayın. Seçdiyiniz məhsullar sadə tərkibə malik olmalı və dərinizə nəfəs almağa imkan verməlidir. Həddindən artıq yağlı məhsullardan uzaq durun. Dərini günəşin zərərlərindən qorumaq üçün gündəlik olaraq qoruyucu istifadə edin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR