Beş ay əvvəl ana olan müğənni Canet Cekson sentyabrda konsert turuna başlayır.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni doğumdan sonra artıq 25 kiloqram arıqlayıb.
O, ciddi şəkildə konsert hazırlıqlarına start verib. Yaxınları bildirir ki, 51 yaşlı müğənni övladınına görə təxirə saldığı konsertini də bu turda verəcək. Bir müddət əvvəl artıq çəkinin onu narahat etdiyini deyən Cekson sentyabra kimi formaya düşəcəyinə əmindir.
Qeyd edək ki, mərhum müğənni Maykl Ceksonun bacısı olan Canetin övladı ərəb milyarder Vissam əl-Mandandır. Övladları dünyaya gəldikdən qısa müddət sonra ayrılan cütlük dostluq münasibətlərini davam etdirir. Milyarder ötən ay ad günü olan sənətçiyə 100 qızılgül və orxideya göndərmişdi.
Milli.Az