Xalq artisti Faiq Ağayev rəsmi "İnstaqram" səhifəsini sındıranları tapıb.
Metbuat.az xəbər verir ki, müğənni bu haqda özü məlumat verib:
"İT sahəsi üzrə peşəkar dostlarım sağolsun. "İnstaqram" hesabımı oğurlayan şəxsin adını, soyadını, şəxsi mobil nömrəsini, ev ünvanını sosial şəbəkələrdə profilərini, "Youtube" kanalını aşkarladı”.
Qeyd edək ki, dünən axşam Faiq Ağayevin "İnstaqram" səhifəsi oğurlanmışdı.
Dilarə Zamanova / Metbuat.az