Paytaxtın Xətai rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, Sarayevo küçəsində 1981-ci il təvəllüdlü Abbasov Abdul Absalam oğlu yaşadığı evin yaxınlığında qohumu ilə mübahisə edib. Nəticədə o, döyülərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az