Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem Nyu-Yorkda son iki parlaq çıxışı ilə diqqət çəkib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Viktoriya Bekhem əsl yay çalarları sayılan mavi ilə açıq narıncıya aşiq olub. Belə ki, İngiltərəli dizayner bu rənglərdə seçdiyi öz dəsti ilə peşəkar tənqidçiləri və moda pərəstişkarlarını təəccübləndirib.

Viki əvvəlcə pijama stilində, damalı mavi kostyum seçib. Minimaslist üslubda geyinməyi sevən dizayner obrazını eynək və dikdaban ayaqqabılarla tamamlayıb.

Miss Bekhemin ikinci dəsti qırçınlı, narıncı ətək və eyni rəngli saroşka olub. O, mürəkkəb portağal rəngində olan komplektini məxməri, zoğalı stilettolarla uyğunlaşdırıb. Vikinin kifayət qədər gözlənilməz eksperimenti çoxları tərəfindən bəyənilib.

Aytən