Millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə keçirəcəyi matça qonaqlar da böyük maraq göstərirlər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki,Britaniya mətbuatı vacib qarşılaşma öncəsi komandaların son durumuna toxunub.

"Belfast Telegraph" nəşrinin yazdığı məqalənin bəzi hissələrini sizə təqdim edirik:

Azərbaycan yığmasının "gizli silahı"... - “Belfast Telegraph” nə yazır?

"Şimali İrlandiya yığması 2013-cü ildə Bakı səfərində 0:2 hesabı ilə uduzmuşdu. Buna baxmayaraq, Azərbaycanla sonuncu matçda 4:0 hesablı qələbə qazandıq. Belfastdakı görüş göstərdi ki, rəqibi hava mübarizəsində üstələyirik. Bu da futbolçularımızın daha hündürboy olması ilə əlaqədardı. Rəqibin baş məşqçisi Robert Prosineçki ilk matçdan sonra məhz bu məqamı qabartmışdı.

Millinin 20 futbolçusundan 12-si görüşə tam hazırdı. Belə ki, Kreyq Ketkart, Peddi Makneyr, və Kris Beyrd zədəli olduqları üçün Azərbaycana qarşı oynamayacaqlar. Konor Vaşinqton, Ceymi Uord və Korri Evans müxtəlif səbəblərdən milliyə çağırılmayıb. Kayl Laffertinin start heyətində başlayacağı gözlənilmir. Maraq doğuran məqamlardan biri baş məşqçi Maykl Onilin 37 yaşlı Aaron Hyuzu oynayıb-oynatmayacağı ilə bağlıdı. 3 mərkəz müdafiəçisi ilə çıxış etsək, Hyuza şans veriləcək.

Rəqibin çalışdırıcısı Robert Prosineçkinin də Belfastdakı görüşlə müqayisədə bəzi dəyişikliklər edəcəyi gözlənilir. Azərbaycan yığmasının "gizli silahı" kapitan Rəşad Sadıqovdu. O, millidə 100-dən çox oyun keçirib və yenə düşərgədədi. Riçard Almeyda və Renat Dadaşov debüt edə bilərlər. "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Almeyda yeni milliləşdirilib. Dadaşov isə Almaniyanın U-17 yığmasındakı qolları ilə tanınıb. Hər iki futbolçunun Şimali İrlandiyaya qarşı oynayacağı gözlənilir".

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya matçı iyunun 10-da keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində