“Report”un məlumatına görə, bunu futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçında Azərbaycan millisini 1:0 hesab ilə məğlub edən Şimali İrlandiya yığma komandasının baş məşqçisi Maykl O`Nil oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
- Namiq Ələsgərova qarşı kobudluq olsa da, hakim qeydə almadı. Referidən razı qaldınız?
- Hakimlərdən çox razı qaldım. Həmin epizod cərimə meydançasından kənarda idi. Ona görə də şərh verməyə gərək görmürəm.
- Azərbaycan bu gün daha üstün futbol sərgilədi. Hesabı ədalətli hesab edirsiniz?
- Yaxşı oyun oldu. İlk hissədə bizim də qol epizodlarımız vardı. Qrupda lider Almaniya yığmasıdır. Çalışacağıq ki, 2-ci yer bizim olsun.
- Belfastla Bakıdakı oyun arasında nə fərq vardı?
- Belfastdakı matçda rəqibin bu qədər ötürmələri olmamışdı. Topa sahib olmada üstün idilər. Lakin əsas olan qol idi, bunu da bacardıq.
- Hesab 0:0 olsaydı, nəticə sizi qane edəcəkdi?
- Qalib gəldiyimiz üçün xoşbəxtəm. Lakin heç-heçəyə də qane olardım.
- Azərbaycan millsinin futbolçularında kimləri qeyd edərdiniz?
- Çox gözəl kapitanınız var. Riçard Almeyda böyük rol oynadı. Qara Qarayevi, Ramil Şeydayevi də qeyd edərdim. İnanıram ki, Azərbaycan bu heyətlə gələcəkdə uğur qazanacaq.