"Heç kəsə işinə görə hörmət etmirlər, insan olmaq lazımdır"
Metbuat.az xəbər verir ki, bu sözləri "Bu şəhərdə" komandasının prodüseri Müşfiq Abbasov "Facebook" səhifəsində yazıb:
"Bəziləri qanmır ki, hər kino çəkən rejissor, artistlik edən aktyor, ssenari yazan ssenarist, müalicə edən həkim, mahnı oxuyan müğənni, dərs deyən müəllim, KİV-də işləyən jurnalist, şalvar geyinən kişi, dünyaya uşaq gətirən ana buna görə hörmət görmür. Əsas odur ki, insan olmağı bacaraq".
Dilarə Zamanova / Metbuat.az