İdmançımız qalib oldu

Almaniyanın Herni şəhərində kikboksinq idmanının K1 versiyası üzrə "Fight Vision Europe" yarışı keçirilib.

Metbuat.az xəbər verir ki, reytinq xarakterli bu yarışda 13 ölkədən 26 idmançı iştirak edib. Azərbaycanı bu yarışda "Royal Fight" klubunun professional idmançısı Şikar Bədəlov təmsil edib.

75 kq çəki dərəcəsində vuruşan idmançımız rinqdə alman rəqibini 3-cü raundda texniki nakautla məğlub edərək, yarışın qalibi olub.

Qeyd edək ki, Şikar Bədəlov bundan öncə Almaniyada keçirilən reytinq xarakterli "Qəhrəmanların döyüşü" adlı yarışda da qalib gəlib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR