Binadan yıxılaraq ölən nişanlı qızın

Azərbaycanda 24 yaşlı qız 4-cü mərtəbədən yıxılaraq ölüb.

Xırdalan şəhəri, 26-cı məhəllədəki binalardan birində yaşayan 1993-cü il təvəllüdlü Nuranə İsmayıl qızı İsmayılzadə evin pəncərəsini silərkən yerə yıxılıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbəsi olan N.İsmayılzadə ötən ay, may ayının 21-də nişanlanıb.

Metbuat.az 24 yaşlı qızın “Facebook” paylaşdığı sonuncu fotoları təqdim edir:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR