Bakıda səfərdə olan Estoniyanın xarici işlər naziri Sven Mikser Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli olmadığını bildirib. Nazir açıqlamasına əlavə edib ki, sülh yolu ilə nizamlanma münaqişəyə cəlb olunmuş tərəflərin də maraqlarına xidmət edir.
Estoniyanın xarici işlər nazirinin ifadələri ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Adgözəl Məmmədov bildirib ki, bu, diplomatik jestlərə xatir söylənilən fikirdir:
“Regiondakı bütün ölkələr deyir ki, məsələ sülh yolu ilə həllini tapmalıdır. Azərbaycana gələn nümayəndəliklər sülhə alternativin olmadığını düşünür. Faktiki olaraq, bu, diplomatik jestlərdir. Həm də Estoniya regiona tamamilə uzaq bir ölkədir. Öz taleyimizi özmümüz həll etməliyik. Bizim yerimizə heç kim gəlib həll etməyəcək. Bu barədə addımlar atmalıyıq. Əgər ətrafın “ağzına” baxsaq, mövcud durumla razılaşmalı olacağıq”.
Xəyalə Məmmədova / METBUAT.AZ