"Report"un Banka istinadən verdiyi xəbərə görə, kampaniya müddətində 15 min manatadək kredit illik 24%-dən başlayaraq 36 ay müddətədək verilir. 2 000 manatadək kredit üçün zamin tələbi yoxdur. Kredit komissiyasız rəsmiləşdirilir.
Kampaniya 30 iyun tarixinədək keçərlidir.
Krediti ABB-nin bütün filiallarında əldə etmək olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə filialla yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən həyata keçirə bilər.
Bundan başqa, bankın "Randevu" xidmətinin (bankda əvvəlcədən görüş təyin etmə - növbəsiz xidmət) üstünlüklərindən faydalanmaqla filiallarda növbəsiz xidmət almaq mümkündür.