Yaxın Şərqdə terror və təhlükəsizlik məsələləri müzakirə olunub

Yaxın Şərqdə terror və təhlükəsizlik məsələləri müzakirə olunub
12:23 8 Yanvar 2015
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

Yaxın Şərqdə terror və təhlükəsizlik məsələləri müzakirə olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) və Madrid Klubunun bu ilin aprel ayında Bakıda birgə təşkil edəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq məqsədilə Livanın paytaxtı Beyrut şəhərində bir sıra görüşlər keçirilib.

Livanın sabiq prezidenti və NGBM-nin üzvü Amin Gemayel ilə görüşdə Foruma hazırlıqla yanaşı, siyasi xadimin rəhbərlik etdiyi “Maison du Futur” fondu ilə Mərkəz arasında əməkdaşlıq məsələləri və həyata keçiriləcək birgə layihələr müzakirə edilib. Müzakirələr zamanı Yaxın Şərqi narahat edən terror və təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılıb və bu mövzuda seminarların, toplantıların keçirilməsi razılaşdırılıb. Beynəlxalq Foruma hazırlıq proqramı çərçivəsində isə mart ayında Beyrutda Serbiya və Bolqarıstanın sabiq prezidentlərinin iştirakı ilə işçi qrupun görüşünün keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr ediləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumunda 40-dan çox ölkənin sabiq dövlət və hökumət başçısı ilə yanaşı, bir sıra dövlətlərin hazırkı rəhbərlərinin iştirakı da gözlənilir.

Qlobal Müştərək Cəmiyyətlər Forumunda əksəriyyəti sabiq dövlət və hökumət başçısı olmaqla nüfuzlu ictimai-siyasi xadim, elm, mədəniyyət nümayəndələri bir araya gələrək adətən bəşəriyyəti narahat edən problemlər, onların həlli yollarının tapılması məsələlərini müzakirə edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2350966.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR