Azərbaycanda böyük “Facebook” səhifələri bir-bir bağlanır.

Metbuat.az bildirir ki, keçən ayın sonlarından başlayaraq, “Facebook”da problemlər yaranmağa başlanıb. Belə ki, ilk problem may ayının 28-də müşahidə olunub. “Facebook” paylaşılan xəbərlərin şəkillərini açılmayıb. Daha sonra xəbərlərin çatdırılma auditoriyası azaldıb, “Facebook” xəbərlərə oxunuş verməyib.

BUNUNLA bağlı Metbuat.az-a açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook”un reklama görə bu cür məhdudiyyətlər tədbiq etdiyini bildirib.
(Azərbaycanda böyük səhifə sahiblərinə PİS XƏBƏR - "FACEBOOK" DAYANDIRDI!)

Qeyd edək ki, bu gün çox paylaşım edən profillərə qısa müddətliyinə məhdudiyyət qoyulub. Onlarla böyük səhifə heç bir açıqlama göstərilmədən “Facebook” tərəfindən 1 həftəlik bağlanılıb.

Xəyalə Məmmədova / METBUAT.AZ