Müğənni Elvin Abdullayev Almaniyaya gedir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçinin səfərinin səbəbi orada toy məclisinə qatılmaqdır.

E.Abdullayev xəbəri təsdiqləsə də, həmin şəxsin kimliyini gizlədib:

"Bu haqda çox məlumat verə bilmərəm. Amma onu deyim ki, toyda dünya ulduzları da olacaqlar".

Əldə etdiyimiz məlumata görə, Elvinin qatılacağı toy Almaniyada yaşayan bir milyonçunun qızının məclisidir. O, məclisdə bir neçə saat çıxış edəcək. Dəvət isə Almaniyada yaşayan bir həmyerlimiz tərəfindən gəlib. Toy iyulda baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində