Somalinin paytaxtı Moqadişonun mərkəzində, restoranların birinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş avtomobil partlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində azı 9 nəfər həlak olub.
"Hazırda biz 9 nəfərin ölümünü təsdiq edə bilərik. Ölənlərin çoxusu qadınlar və uşaqlardır", - polis kapitanə Məhəmməd Hüseyn deyib.
Məlumata əsasən, partlayışa görə cavabdehliyi ölkə ərazisində fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində