ATV telekanalında yayımlanan "Maşın şou"nun keçmiş iştirakçısı Elcan Rəsulov yarışma yoldaşlarına ismarıc göndərib.

Metbuat.az xəbər verir ki, aktyor "Facebook" səhifəsində bəzilərindən fərqli olaraq heç vaxt dəyişmədiyini yazıb:

"Bu sima kamera qabağında heç vaxt dəyişmədi... (Obrazlar xaric)".

Qeyd edək ki, Elcan Rəsulov şouda finala qalsa da, maşını aktyor İslam Mehrəliyev qazanıb.

Dilarə Zamanova