Bal ilə saç rənginizi aça bilərsiniz

Saç rəngindən məmnun olmayanlar müxtəlif kimyəvi üsullara baş vurur. Bu üsullar isə saçların zədələnməsinə səbəb olur.

Metbuat.az xəbər verir ki, bal saç rəngini açmaq üçün ən effektiv üsuldur.

Bal və saç kremi ilə saç rəngi açmaq

1 çay qaşığı bal

1 stəkan saç kremi

1 stəkan toz darçın

Bütün məhsulları qarışdırıb saçınıza sürtün, 2 saat saxlayın. Həftədə 2 dəfə bu üsulu tətbiq edin.

Bal və zeytun yağı ilə saç rəngi açmaq

Yarım stəkan zeytun yağı

Yarım stəkan bal

Saçınızı nəmləndirin və hazırladığınız qarışığı saçlarınıza masaj edərək tətbiq edin. 40 dəqiqə saxlayın. Yaxşı nəticə almaq üçün 3 gün fasilə ilə tətbiq edin.

Bal və sirkə ilə saç rəngi açmaq

1 stəkan alma sirkəsi

1 çay qaşığı bal

1 stəkan su

Bütün məhsulları qarışdırıb saçınıza sürtün və 45 dəqiqə saxlayın. Bu üsul həmçinin, saçları uzadır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR