Bakı. 19 iyun. REPORT.AZ/ Dünyada ötən il 65,5 milyon didərgin və məcburi köçkün qeydə alınıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu iyunun 19-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 2016-cı il üzrə açıqladığı hesabatda bildirilib.
İnformasiyaya əsasən, bu, 2015-ci illə müqayisədə 300 min nəfər çoxdur. Məcburi köçkünlrin sayına görə, birinci yerdə Suriyadır. 5,5 milyon suriyalı ölkəni məcburi olaraq, tərk edib. Ölkənin 6,3 milyon vətəndaşı isə daxildə yaşayış yerini dəyişməyə məcbur olub. Suriyanın 185 min sakini isə müxtəlif BMT-dən sığınacaq istəyib. Məcbur köçkünlərin sayına görə, ikinci yerdə Kolumbiya (7,7 milyon nəfər), Əfqanıstan (4,7 milyon), Cənubi Sudan (3,3 milyon), Sudan (2,9 milyon), Konqo Demokratik Respublikası (2,9 milyon), Somali (2,6 milyon), Nigeriya (2,5 milyon), Ukrayna (2,1 milyon) və Yəmən (2,1 milyon) sonrakı yerdədirlər.