Dişləri ağartmaq üçün təbii üsullar

Təbii vasitələrdən istifadə edərək dişləri evdə ağartmaq mümkündür.

Metbuat.az xəbər verir ki, bu üsullarla saralmış dişlərdən xilas olacaqsınız.

Bir çay qaşığı sodanın içərisinə limon suyu sıxın. Təmiz diş fırçası ilə dişinizə tətbiq edin. Turşu xüsusiyyəti daşıdığından bu üsulu həftədə 1-2 dəfə təkrarlamalısınız.

Soda təbii rəng açıcıdır. Həftədə 2-3 dəfə dişlərinizə tətbiq edin.

Sodanın və duzun ağartdığını bilirik. Bununla yanaşı alma sirkəsi də diş minası üzərindəki sarı ləkələri çıxartmaq gücünə sahibdir. Qarışığı hazırlamaq üçün 3 maddədən də 1 çay qaşığı alaraq qabda qarışdırın. Sonra təmiz diş fırçası ilə dişlərinizə tətbiq edin.

Kalium, maqneziumla zəngin olan banan qabığı diş ağartma metodu olaraq istifadə edilir. Dişlərinizi fırçaladıqdan sonra banan qabığı ilə 2 dəqiqə dişlərinizi ovun.

Aysel Yaqubqızı / Metbuat.az

(Bu üsullarla ağappaq dişləriniz olacaq - Sarı dişlilər, sınayın!)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR