“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Moqadişi Təhlükəsizlik İdarəsinin rəisi Məhəmməd Hüseyn bildirib.
Onun sözlərinə görə, hücum süd paylayan maşın nişanı vurulan avtomobilin partladılması nəticəsndə baş verib.
M.Hüseyn terror aktı qurbanlarının sayının artacağını istisna etməyib.
Rəsmi dairələr terrorun törədənin adını hələ açıqlamasa da, terrorçu “Əş-Şəbab” qruplaşması hadisənin məsuliyyətini üzərinə götürüb.