Yenə qar yağacaq

Yenə qar yağacaq
13:11 8 Yanvar 2015
177 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah küləyin mülayimləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 9-da Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında əsasən qar yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi mülayimləşəcək.

Temperatur gecə 1-4 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq.

Rayonlarda da fasilələrlə yağış, qar yağacaq, gündüz qərb rayonlarından etibarən yağıntı kəsiləcək. Qərb küləyi şərq küləyinə keçəcək.

Temperatur aran rayonlarında gecə 2-7, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə, gündüz 5-10 dərəcə şaxta olacaq.

Xatrıladaq ki, Nazirlikdən bildirilir ki, sabahdan etibarən hava mülayimləşəcək, yağıntıların intensivliyi və küləyin sürəti zəifləyəcək. Yanvarın 9-da gündüz saatlarında respublikanın qərb rayonlarından başlayaraq yağıntılar kəsiləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318427

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR