Play Store

Türkiyənin “Bursaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib

Türkiyənin “Bursaspor” komandasının yeni baş məşqçisi müəyyənləşib
09:42 21 İyun 2017
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 iyun. REPORT.AZ/ Azərbaycan millisinin futbolçusu Deniz Yılmazın formasını geyindiyi Türkiyənin “Bursaspor” komandasının yeni baş məşqçisi müəyyənləşmək üzrədir.
“Report”un “Milliyet” qəzetinə istinadən xəbər verir ki, “timsahlar”a fransalı Pol Le Quen rəhbərlik edəcək.
Dünən axşam saatlarında İstanbula gələn 53 yaşlı mütəxəssis klub prezidenti Ali Ayla görüşərək, müqavilənin detallarını müzakirə edib. Fransalı baş məşqçi bu gün Bursada yerləşən Özlüce təlim-məşq bazasında təşkil olunacaq tədbirdə rəsmi müqaviləyə imza atacaq.
Müqavilənin müddəti barədə məlumat verilməsə də, yeni məşqçilər korpusunda Mustafa Ər, eləcə də, “Neftçi” və “Xəzər Lənkəran”da fiziki-hazırlıq üzrə məşqçi işləmiş italiyalı Covanni Melkiorrenin də yer alacağı bildirilir.
Qeyd edək ki, karyerası ərzində Fransanın “Lion” və PSJ komandalarına rəhbərlik edən Pol Le Quenin sonuncu iş yeri Oman millisi olub. 



Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiyenin-bursaspor-komandasinin-yeni-bas-mesqcisi-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR