Bakı Beynəlxalq Avtovağzalı qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.
Bakı Beynəlxalq Avtovağzalından Publika.az-a
verilən məlumata görə, iyunun 23-dən 28-dək Bakı Beynəlxalq
Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq
və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə həmin
günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub.
"Adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata
keçirildiyi halda bayram günlərində təxminən 500-dən yuxarı reyslə
16 mindən çox sərnişin daşınması gözlənilir. Bayram günlərində
müşahidə olunacaq sıxlığı nəzərə alaraq, həmin tarixlərdə
regionlara səfər edəcək sərnişinlərə biletləri bir neçə gün əvvəl
almağı tövsiyə edir. Belə ki, il boyu olduğu kimi bayram ərəfəsində
də 10 gün əvvəldən təyin olunmuş bütün qrafik üzrə bilet satışı
həyata keçirilir".
Gülxar