Prezidentin qızı 2500 dollara olan donu ilə birinci xanımı kölgədə qoydu - FOTO

Prezidentin qızı 2500 dollara olan donu ilə birinci xanımı kölgədə qoydu - FOTO
10:53 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

İvanka Tramp diplomatiya sənətini bilir. Atasından fərqli olaraq, onun hər cümləsi nəzakət və ləyaqət nümunəsidir. ABŞ prezidentinin qızının kameralar qarşısına hər çıxışı eyni zamanda dəbli qələbədir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İvanka bu dəfə qüsursuz obrazı ilə ögey anası Melaniya Trampı kölgədə qoyub. Ağ evdə, müasir iqtisadiyyat şəraitində amerikalıların işlə təmin olunması məsələsi mövzusunda keçirilən iclasda bütün baxışlar İvankanın üzərində olub. Və bu, onun təkcə çıxışı ilə deyil, xarici görünüşü ilə əlaqəlidir.

Rəsmi qarşılanma üçün prezidentinin köməkçisi ( İvanka bu vəzifə üzrə 2017-ci ilin martından çalışır) “Carolina Herrera” moda evindən qiyməti 2500 dollar olan qırmızı-ağ paltar seçib. İddialı sarışın obrazını öz brendinə aid 255 dollarlıq çanta ilə və bej bosonojkalarla tamamlayıb.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/203396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR