"Beşiktaş"dan ayrılır, "Mançester Yunayted"ə keçir

"Beşiktaş"dan ayrılır, "Mançester Yunayted"ə keçir
19:17 21 İyun 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Son mövsümü icarə əsasında "Beşiktaş"da keçirən Anderson Talişka İngiltərəyə köçməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, transfer hüququ "Benfika"ya məxsus olan futbolçu "Mançester Yunayted"ə keçməyə çox yaxındı. 

Belə ki, "mankunianlar"ın 23 yaşlı yarımmüdafiəçi və Portuqaliya təmsilçisi ilə ilkin razılığa gəldiyi bildirilir. İngilislər keçidin baş tutması üçün 22 milyon funt-sterlinq xərcləməyə hazırdılar.
 
Öz növbəsində "Beşiktaş" rəhbərliyi də Talişka ilə yeni müqavilə imzalamaq istəsə də, onların buna nail olacaqları inandırıcı görünmür.
 
Qeyd edək ki, Talişka "Beşiktaş"ın heyətində ümumilikdə 33 oyunda 17 qola imza atıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/556412.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR