"Azərbaycan hava hücumu təşkil edə bilər" - AÇIQLAMA

Ermənistan silahlı qüvvələri cəbhə xəttində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı növbəti dəfə döyüş pilotsuz uçuş aparatlarından (PUA) istifadə edib.

Tətbiq edilən bu döyüş PUA-ları aşağı keyfiyyətli olduğundan Silahlı Qüvvələrimizin bölmələrinə heç bir ziyan vurmayıb. Müdafiə Nazirliyi bildirib ki, görüləcək adekvat tədbirlər düşmən üçün sarsıdıcı olacaq.

Bu barədə Metbuat.az-a açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin bazalarında olan texniki vasitələr Ermənistanın uçuş aparatlarını zərərsizləşdirmək imkanına malikdir:

“Azərbaycan Müdafiə Nazirliyinin bu bəyanatla çıxışı anlaşılandır və yerindədir. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanla bu məsələdə zarafat etmək mümkünsüzdür. Ona görə ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin parkında çox ciddi dağıdıcı imkanlara malik olan zərbə pilotsuz uçuş aparatları var. Ordumuz istənilən an Ermənsitanın müvafiq hərbi birləşmələrini məhv etmək imkanın malikdir”.


Hərbi jurnalist əlavə etdi ki, pilotsuz uçuş aparatları son 20 ildir hərbi əməliyyatlar zamanı istifadə olunur:

“Həm Azərbaycan, həm də Ermənistan piliotsuz uçuş aparatlarından istifadə edərək qarşı tərəfin mövqelərini öyrənməyə çalışır. Amma burada bir məqam var. Ermənistanın texnika parkında olan uçuş aparatları o qədər də yaxşı deyil. Bu, onunla bağlıdır ki, Ermənistanın pilotsuz uçuş aparatları Rusiya Müdafiə Sənayesinin məhsuludur. Ermənistan həmin pilotsuz uçuş aparatlarını alaraq, fərqli addımlar atmağa çalışır. Bu pilotsuz uçuş aparatları Azərbaycan Hərbi Hava Qüvvələrinin tərkibində olan müəyyən texniki imkanlar sayəsində zərəsizləşdirilə bilər. Bu texnologiya bazasının formalaşmasında İsrail və Türkyənin mütəxəssisləri iştirak ediblər. Biz bu uçuş aparatlarının aprel döyüşləri zamanı hansı miqyasda fəaliyyət göstərdiyinin şahidi olduq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR