"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə orduya istinadən "Frans Press" agentliyi məlumat yayıb.
Ordu nümayəndəsi leytenant Jul Çikudinin (Jules Tshikudi) sözlərinə görə, DRK silahlı qüvvələrinin üç hərbçisi həlak olub, silahlı birləşmələrin 13 üzvü öldürülüb. Həmçinin 6 yaralının olduğu məlumat verilir. O əlavə edib ki, toqquşmaların baş verdiyi Beni şəhərində vəziyyət normallaşıb.