Merac hadisəsi nə zaman olub?

Merac hadisəsi nə zaman olub?
22:17 22 İyun 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Mühəmməd Peyğəmbərin (s) meracının hansı tarixdə baş verməsi barədə alimlər arasında fikir ayırılığı vardır. Geniş yayılmış məlumata görə, merac hadisəsi hicrətdən əvvəl, Məkkə dönəmində, peyğəmbərliyin 10-cu ilindən sonra (daha dəqiq desək, Əbu Talibin vəfatından sonra) baş vermişdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, merac hadisəsinin ayı və günü də dəqiq məlum deyil. Müxtəlif mənbələrdə 17 ramazan, 2 rəbiül-əvvəl, 17 rəbiül-əvvəl və ya 27 rəcəb gecəsində, yaxud rəcəb ayının ilk cüməsinin gecəsində baş verdiyi yazılıb. Əsasən şiə məzhəbində ramazanın 19-cu gecəsi, əhli-sünnə dünyasında isə rəcəb ayının 27-ci gecəsi merac gecəsi kimi qeyd edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR