Kürdəmirə yağan yağış fəsadlar törətdi: "Qapı elə bir Kürdü" - VİDEO - FOTO

Kürdəmirə yağan yağış fəsadlar törətdi: "Qapı elə bir Kürdü" - VİDEO - FOTO
23:52 22 İyun 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Gecədən yağan yağış Kürdəmirdə bir sıra problemlər yaradıb.

Milli.Az ARB TV-yə istindən bildirir ki, yağış suyu rayonun bəzi küçələrində gediş-gəlişə mane olub.

Sakinlər alternativ küçələrdən istifadə etmək məcburiyyətində qalıblar. Yağış əsasən Bakı prospekti, Mirzə ağa Əliyev, Abbasqulu ağa Bakıxanov və digər küçələri keçilməz edib.

Nizami Həmidov - Sakin: "Evimizə-eşiyimizə gedə bilmirik. Necə gedək? Mümkün deyil. Heç olmasa gəlib suyu çəksinlər".

Evlərin həyətləri və  zirzəmiləri də su ilə dolub.

Gülüstan Əkbərova - Sakin: "Həyət-baca yaman gündədir. Qapı elə bir Kürdü. Mator da yoxdur suyu çəkməyə".

Kürdəmir şəhəri üzrə icra nümayəndəsi İlqar Salamov ARB TV-yə bildirib ki, yağış normadan artıq yağdığına görə belə bir hal baş verib. İcra nümayəndəsinin sözlərinə görə hazırda yağış suyunun küçələrdən çəkilməsi istiqamətində işlər davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR