Play Store

Dünya əhalisinin sayı 11 milyard nəfərə çatacaq

Dünya əhalisinin sayı  11 milyard nəfərə çatacaq
00:05 23 İyun 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

2050-ci ildə dünya əhalisinin sayı təxminən 10 milyard nəfərə çatacaq, daha 50 il sonra isə 11 milyardı ötəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu faktlar BMT-nin dərc olunmuş tədqiqatında əksini tapıb.

Hazırda planetimizdə 7,4 milyarda qədər insan yaşayır. Məlumatda, həmçinin bildirilir ki, proqnozlara əsasən, növbəti 13 ildə dünya əhalisi bir milyarddan bir qədər çox artaraq, 2030-cu ildə 8,6 milyard nəfərə çatacaq. Sonra 2050-ci ildə 9,8 milyard, 2100-cü ildə isə 11,2 milyard nəfərədək artacaq.

Qeyd olunur ki, Yer əhalisi əvvəllər olduğundan zəif templə çoxalacaq: on il əvvəl əhali artımı 1,24 faiz təşkil edirdi, indi isə artım 1,10 faizdir. 2050-ci ilədək əsas artım Hindistan, Nigeriya, Konqo, Pakistan, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyada gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/556875.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR