Rihannadan daş-qaşlı ayaqqabı dəbi - FOTO

Rihannadan daş-qaşlı ayaqqabı dəbi - FOTO
11:48 23 İyun 2017
Ölkə mətbuatı
A- A+

Rihannanın “Manolо Blahnik” brendi ilə əməkdaşlığı əsasında yeni ayaqqabı kolleksiyası buraxılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2016-ci ilin mayından etibarən sözügedən moda evi ilə əməkdaşlıq edən Rihannanın keçən ilki cins ayaqqabı modelləri maraqla qarşılanmışdı. Dəyəri 4000 dollara olan cins botfortlar başqa ulduzlar arasında da xüsusi populyarlıq qazana bilib. Hətta Rihanna bir cütünü Cennifer Lopesə hədiyyə etmişdi. Ceylo bu ayaqqabıları “Aint Your Mama” mahnısının klipində geyinib.

Bu səbəbdən də brend müştəri tələbatını nəzərə alaraq müğənniyə növbəti kolleksiyasını buraxmağı təklif edib. Rihanna yeni kolleksiyasında şəffaf materialın üzərini bahalı daş-qaşla bəzəyib. Məhdud sayda buraxılan fasonlar artıq alıcaların böyük marağına səbəb olub. Bu modellərin qiyməti isə 1300 və 2500 dollar arasında dəyişir.

Yeri gəlmişkən onu da qeyd edək ki, kolleksiyanın reklamında Rihanna özü çəkilib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/203693.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR