Play Store

ABŞ müdafiə nazirindən türkiyəli həmkarına MƏKTUB

ABŞ müdafiə naziri Cim Mattis Türkiyənin Milli Müdafiə naziri Fikri İşıqa məktub göndərib.

Metbuat.az xəbər verir ki, nazir məktubda İŞİD-lə mübarizə bitdikdən sonra ABŞ tərəfindən YPG-yə verilən silahların geri alınacağını bildirib.

ABŞ Türkiyəyə terror təşkilatı barədə hesabat verdi

“YPG-yə verilən silahların siyahısı hər ay mütəmadi olaraq Türkiyə hökümətinə təqdim ediləcək. YPG-yə verilən silahlar Rəkkanın İŞİD nəzarətindən azad edilməsi məqsədi daşıyır. Məsələ ilə bağlı Türkiyə ilə planlı şəkildə, şəffaflıq formasında əməkdaşlığı davam etdirəcəyik. Rəkka azad ediləcəyi təqdirdə, əhalisinin 80%-nin ərəblərdən ibarət olacağına söz veririk. Sizinlə növbəti həftə Brüsseldə üz-üzə görüşmək istəyərdim”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR