ABŞ müdafiə naziri Ceyms Mettis türkiyəli həmkarı Fikri İşıka YPG terror təşkilatı ilə bağlı məktub göndərib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, məktubda YPG-nin təchizatı, həmçinin təşkilata verilən silahlarla bağlı məlumatlar yer alıb.
Mettis YPG-nin verilən materiallara dair siyahını hər ay nizamlı olaraq Türkiyəyə təqdim ediləcəyini qeyd edib. Amerikalı nazir həmçinin Rakkanı ələ keçirəcək güclərin 80 faizinin ərəblərdən təşkil ediləcəyini və İŞİD-dən təmizlənməsindən sonra şəhərə ərəblərin nəzarət edəcəyini bildirib.
O, İŞİD-i məğlub etmək üçün YPG ilə işbirliyinin zəruri olduğunu əlavə edib.
Ömər