Makiyajı təmizləməyin ən təbii üsulları

Ağır iş gününün ardından makiyajı təmizləmək bir çox xanımın probleminə çevrilir.

Metbuat.az kimyəvi maddələr istifadə etmədən, təbii üsullarla makiyajı silməyin yollarını təqdim edir:

Aloe-vera

Aloe vera bütün növ dəri tipli insanların rahatlıqla istifadə edəcəyi bitkidir. Tərkibində 18 amin turşusu və 200-ə yaxın bitki mənşəli qida var. Aloe gelindən istifadə etməyin ən asan yolu yaxşıca soyutmaq və pambıq yardımı ilə üzünüzü silməkdir. C və E vitaminləri ilə zəngin olan aloe vera dərini nəmləndirir və dartır.

“Jojoba” yağı

Pambığa damladacağınız “jojoba” yağı ilə üzünüzü silə bilərsiniz. İstifadə edərkən diqqətli olun, geyimlərinizdə ləkə qala bilər.

Xiyar suyu

Xiyar suyu dərini təbii yolla təmizləyən ən yaxşı vasitədir. Dərini qidalandırır, nəmləndirir və dartır.

Çiy süd

Üzünüzü süd ilə sildikdən sonra soyuq suyla yuyun. Süd dərini tokainlərdən təmizləyir və nəmləndirir. Əgər yağlı dəriniz varsa, yağsız süd istifadə etməyiniz tövsiyə edirlir.

Hindistan qozu yağı

Bu yağ quru dərisi olanlar üçün məsləhət görülür. Dərinizi Hindistan qozu yağı ilə təmizlədikdən sonra soyuq su ilə yuyun.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR