Tanınmış KVN-çi İlqar Nəbiyev əsgərlik fotosunu paylaşıb.
Metbuat.az-a açıqlama verən İlqar Nəbiyev o zaman əsgərliyə könüllü getdiyini bildirib:
"1997-1998-ci illərdə qanuna əsasən evin tək oğullarını hərbi xidmətə aparmırdılar. Həmin adamlara möhlət verilirdi. Amma mən özüm ərizə yazdım və könüllü olaraq əsgərliyə getdim. Hərbi biletimdə də bu qeyd edilib. Həqiqətən fəxr edirəm ki, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmişəm.
Qeyd edək ki, İlqar Nəbiyev "Parni iz Baku" KVN komandası ilə birlikdə əsrin çempionu olub.
http://metbuat.az/news/692362/planeta-parni-iz-baku-tv-lere-niye-buraxilmir.html
Dilarə Zamanova