Bakıda estetik əməliyyat zamanı 22 yaşlı model Leyla Orucovanın ölümü bir neçə gündür mediada müzakirə mövzusuna çevrilib.

Modelliklə məşğul olan Leyla 22 iyun tarixində ailəsinə xəbər vermədən paytaxtdakı özəl klinikaların birində liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyatdan sonra vəziyyəti pisləşən gənc qız iki gün sonra vəfat edib.

Bu səbələ Leylanın anası Sevinc Orucova ilə əlaqə saxladıq. O, Metbuat.az-a bunları deyib:

“Mən acılarımı yaşayıram. Bu səbəblə açıqlama verə bilməyəcəm”.

Qeyd edək ki, uzun müddətdir modelliklə məşğul olan Leyla son zamanlar qarın və bel nahiyəsində gedən piylənmədən narahat olduğu üçün liposaksiya əməliyyatına girib.

Model Leyla Oruclunun ölümündə suçlanan həkim - “Bütün sənədlərprokurorluqdadır”

Xəyalə Məmmədova / METBUAT.AZ