Havalar isindikcə tər, ayaqqabı qoxusu
problemə çevrilir.
Metbuat.az
xəbər verir ki, bu üsulları tətbiq etməklə qorxulu yuxunuza çevrilmiş bu tipli bir çox
problemdən xilas ola bilərsiniz.
Çantadan mürəkkəb ləkəsi necə çıxar?
Pambığı sirkəyə batırıb ləkəni silin. Bu üsulla çantanın keyfiyyətini və orginallığını da yoxlaya bilərsiniz. Pambıqda rəng olmasa, çanta orginaldır.
Ayaqqabı qoxusu necə
keçər?
Ayaqqabının içərisindəki nəmi almaq üçün içərisinə qadın pedi yerləşdirin. Nəm 2 saata quruyacaq.
Tər ləkəsindən xilas
olmağın yolu
Qoltuqaltınıza antipresperant əvəzinə diş məcunu sürtsəniz, həm ləkələrdən, həm də tər qoxusundan xilas ola bilərsiniz. Bu üsulu ancaq açıq rəngli geyimlərdə tətbiq edə bilərsiniz.
Paltarlarınızdakı mürəkkəb
ləkəsi necə çıxar?
Geyimlərinizdəki mürəkkəb ləkəsini əl antiseptiyi ilə təmizləyə
bilərsiniz.
Aysel Yaqubqızı / Metbuat.az