"Hamını atası gətirmişdi, məni isə anam".

Metbuat.az xəbər verir ki, bu sözləri müğənni Əlikram Bayramov atasının ərkən vəfat etməsi haqda “Gəlin danışaq” verilişində danışarkən deyib:

“Atamı erkən yaşda itirmişəm. Sinifdə 31 şagird var idi. 1-ci sinifə gedən günümü heç vaxt unutmuram. Hamını atası gətirmişdi, məni isə anam. O vaxta kimi anam və qardaşım mənə atasızlığı hiss elətdirməmişdi. Amma həmin gün anam əlimdən tutub məni məktəbə aparanda, uşaqları atalarının gətirdiyini gördüm. Dərsə girmədim. Anamdan soruşdum ki, atam hanı? Onda hiss etdim ki, atam yoxdur...”.

Əlikramın yeni doğulan nəvəsinin ilk FOTOsu

Dilarə Zamanova