Bakıda keçirilən beynəlxalq
yarışlardan sonra dolların bahalaşacağı deyilsə də, rəsmi məzənnədə heç bir dəyişiklik
olmadı. Dollar aylar öncə olduğu kimi stabil qaldı. Lakin son bir neçə
gündür “qara bazar”da dollar bahalaşıb.
İqtisadçı Natiq Cəfərli
Metbuat.az-a açıqlamasında bildirdi ki, bu bahalaşmanın mərkəzində iki əsas
səbəb dayanır:
“Birincisi, dolların "qara bazar"da bahalaşmasına səbəb yay mövsümü ilə bağlı insanların ölkə xaricinə səfərlərə getməsidir. Biz bayram günlərində də bunun şahidi olduq. Səfərə gedən insanların xarici valyutaya tələbatı olur. İkincisi və daha qlobal səbəb, gözləntilərin artmasıdır. Bilirsiniz ki, yarışlardan sonra əhali arasında dolların məzənnəsində dəyişiklik olacağı ilə bağlı gözlənti formalaşmışdı. Bu gözləntinin formalaşması dünyada gedən proseslərlə üst-üstə düşdü. Yəni, həm neft ucuzlaşdı, həm də ətraf ölkələrin valyutalarında, xüsusən də rus rubulunda dəyişiklik oldu. Rusiyanın bizim iqtisadiyyata təsirləri kifayət qədər böyükdür. Əsas bu iki faktor, yəni daxildə tələbatın artması, eləcə də xaricdə gedən proseslərin fonunda gözləntilərin artırması məzənnənin qalxmasına səbəb oldu”.
Bu gün manatın məzənnəsi -Mərkəzi Bank
Xəyalə Məmmədova / METBUAT.AZ