Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları kuryoz qolla yadda qalıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu hadisə Moldovada yaşanıb.
Yerli "Zarya" ilə Bosniya və Herseqovinanın "Sarayevo" klubları arasında görüşdə meydan sahiblərinin futbolçusu mərkəzdən qol vurub. Marsel Ruben Qomes Qarsiyanın qeyri-adi qolunda qonaqların qapıçısının "günahı" da az olmayıb. "Sarayevo"nun çərçivə qoruyucusu olan "Qarabağ"ın sabiq qolkiperi Boyan Pavloviçin qapını tərk etməsi ona baha başa gəlib.
Görüş isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:


Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində