Dəridəki ləkələrə son qoyan

Zamanla hər kəsin dərisində müəyyən ləkələr meydana gəlir. Bu problemdən xilas olmaq üçün təbii üsullardan istifadə edə bilərsiniz.

Metbuata.z xəbər verir ki, cəfəri ilə hazırlayacağınız maskalar sizi ləkələrdən xilas edəcək. Tərkibi C vitamini ilə zəngin olan cəfəri günəş ləkələrinə qarşı da qoruyur.

1-ci maskanın tərkibi:

1 dəstə cəfəri

2 stəkan qaynamış su

 Yarım stəkan süd

Hazırlanması:

2 stəkan qaynamış suyun içərisinə cəfərini kökündən ayırıb atın və 5 dəqiqə qaynadın. Təxminən 10 dəqiqə dəmləndikdən sonra süzün. Cəfərini atıb içərisinə süd əlavə edin. Hazırladığınız qarışığı pambıq və ya bez yardımı ilə dərinizə sürtün.

2-ci maskanın tərkibi:

1 dəstə orta boy cəfəri

1 çay qaşığı təzə limon suyu

2 çay qaşığı bal

Hazırlanması:

Cəfərini saplarından ayırıb yarpaqlarını xırda-xırda doğrayın. Doğradığınız yarpaqları üyüdün. Ona bal və limon suyu əlavə edib qarışdırın. Təmizlədiyiniz dərinizə göz bölgəsini qoruyaraq qarışıqdan sürtün. 10-15 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə yuyun. Bu maskanı həftədə bir dəfə tətbiq edə bilərsiniz.

Aysel Yaqubqızı / Metbuat.az

(Sızanaqları yox edən - Banan maskası)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR